Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
19-02-2025, 07:51

Neftimiz bahalaşdı

06 Şub 08:12Manşet / Dünya

Trampın ideyasını dəstəklədi

trampin-ideyasini-destekledi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının sakinlərinin digər ölkələrə köçürülməsi ilə bağlı ideyasını dəstəkləyib.

“Qafqazinfo” xəbər verir ki, Netanyahu bu barədə “Fox News”a müsahibəsində danışıb. 

“Onlar gedə, köçə və geri qayıda bilərlər. Qəzzanı bərpa etməlisiniz. Bu, mənim eşitdiyim ilk yaxşı fikirdir”, - deyə Netanyahu qeyd edib. 

O bu ideyanı inkişaf etdirməyə və həyata keçirməyə çağırıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl Donald Tramp bildirib ki, Qəzza sakinlərini Misir və İordaniyaya köçürmək lazımdır. Bir neçə ərəb ölkəsi onun bu ideyasının əleyhinə çıxış edib. ABŞ liderinin fikrincə, ABŞ Qəzzanı nəzarətə götürməli, təhlükəli bomba və digər silahları zərərsizləşdirməli və bu ərazini yenidən qurmalıdır. Bununla belə, Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinq zamanı vurğulayıb ki, burada amerikalı hərbçilərin Qəzzaya yerləşdirilməsindən söhbət getmir.