Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Bakı şəhəri 335 nömrəli məktəbdə “Beynəlxalq Ana Dili Günü” qeyd olundu

Bakı şəhəri 335 nömrəli tam orta məktəbdə "Ana dili və Ədəbiyyat" müəllimi Zümrüd müəllimin təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin şagirdləri, müəllimləri və digər qonaqlar iştirak etdilər.
Tədbirin əsas məqsədi şagirdlərə ana dilimizin gözəlliyini, onun qorunmasının və inkişaf etdirilməsinin vacibliyini aşılamaq idi. Şagirdlər çıxış edərək ana dili haqqında maraqlı məlumatlar verdilər, görkəmli Azərbaycan şairlərinin dilimizə həsr etdiyi şeirləri səsləndirdilər. Onların ifasında səslənən şeirlər və nitqlər tədbir iştirakçıları tərəfindən maraqla dinlənildi.
Zümrüd müəllim çıxışında ana dilinin hər bir xalqın milli kimliyinin ən mühüm göstəricilərindən biri olduğunu vurğuladı. O, Azərbaycan dilinin dövlət dili kimi qorunmasının və zənginləşdirilməsinin hər bir vətəndaşın borcu olduğunu qeyd etdi. Tədbirin sonunda məktəb rəhbərliyi və müəllimlər şagirdlərə təşəkkür edərək, onların bu kimi maarifləndirici tədbirlərdə fəal iştirak etmələrinin vacibliyini vurğuladılar.
Bu cür tədbirlər ana dilinə sevgi və hörmət hissini daha da gücləndirir, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını artırır.
Fərid Faiqoğlu
AJB-nin üzvü























































