Menu
Xəbər Lenti
STP-də yeni təyinatlar
5-08-2025, 10:00

STP-də yeni təyinatlar

Bu rayonlarda 41° isti var
4-08-2025, 09:20

Bu rayonlarda 41° isti var

Şəhid atası vəfat etdi
3-08-2025, 09:16

Şəhid atası vəfat etdi

Tərəf müqabili oldular
2-08-2025, 09:49

Tərəf müqabili oldular

22 Şub 08:55Manşet / Gündəm / Dünya

ABŞ Ukraynanı hədələdi: Faydalı qazıntılarla bağlı razılaşmasa, “Starlink”dən ayrılacaq

ABŞ Ukraynanı hədələdi: Faydalı qazıntılarla bağlı razılaşmasa, “Starlink”dən ayrılacaq

ABŞ-ın danışıqlarda iştirak edən nümayəndələri Ukraynanın faydalı qazıntılara dair onların şərtlərini qəbul etmədiyi halda, onu İlon Maskın şirkəti olan "Starlink” peyk internet sistemindən ayırmaq imkanını nəzərdən keçirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məsələ ilə tanış olan üç mənbəyə istinadən yazır.
Nəşrin mənbələrinin məlumatına görə, ABŞ-ın nümayəndələri Kiyevə təzyiq göstərərək Ukraynanın faydalı qazıntılarına çıxış tələb edirlər. Bunun üçün təzyiq vasitələrindən biri kimi ölkənin "Starlink”dən ayrılması variantı nəzərdən keçirilir.
"SpaceX-ə məxsus "Starlink”in Ukrayna üçün əlçatanlığının uzadılması məsələsi ABŞ və Ukrayna rəsmiləri arasında aparılan danışıqlarda gündəmə gətirilib. Bu, ABŞ-ın maliyyə naziri Skott Bessentin ilkin təklifini Ukrayna prezidenti Volodimir Zelenskinin rədd etməsindən sonra baş verib. Bu məsələ ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloqla Zelenski arasında keçirilən görüş zamanı yenidən qaldırılıb".
"Reuters”in mənbəsinə görə, görüş zamanı Ukrayna tərəfinə bildirilib ki, əgər faydalı qazıntılarla bağlı razılaşmanı imzalamasa, "Starlink” xidmətindən ayrılması qaçılmaz olacaq.
Alpər