Menu
Xəbər Lenti
Niyazi Mehdi vəfat etdi
Bugün, 07:27

Niyazi Mehdi vəfat etdi

Xalqın qan yaddaşı
25-02-2025, 10:28

Xalqın qan yaddaşı

Rafiq Sadıqov vəfat etdi
24-02-2025, 07:52

Rafiq Sadıqov vəfat etdi

25 Şub 08:56Manşet / Cəmiyyət

Sosial xidmətə götürülənlərlə bağlı qayda dəyişir

sosial-xidmete-goturulenlerle-bagli-qayda-deyisir

Sosial xidmətə götürülən şəxslərlə bağlı qaydalar dəyişir.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələrinə sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq maddəsi əlavə olunub .

Qeyd olunub ki, qüvvədə olan redaksiyada sosial işçinin vəzifələrində çətin həyat şəraitində olan şəxslərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələbi qeyd olunsa da, eyni tələb sosial xidmətə götürülən şəxslərin vəzifələrində nəzərdə tutulmayıb. Təklif olunan dəyişiklik qarşılıqlı məsuliyyəti müəyyən etmək xarakteri daşıyır.

Bundan başqa, Qanuna təklif olunan digər dəyişikliyə əsasən, yarımstasionar (günərzi) sosial xidmət çətin həyat şəraitində olan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18 yaşından yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi-sosial, sosial-mədəni və bu Qanunla müəyyən edilmiş digər xidmətlərin göstərilməsindən, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir.

Qüvvədə olan redaksiyada yarımstasionar (günərzi) sosial xidmət yalnız özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və əlilliyi olan şəxslərə, o cümlədən çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanlara göstərilir.

Təklif olunan dəyişiklik nəticəsində çətin həyat şəraitində olan bütün şəxslər (ailələr) yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunacaq və yarımstasionar (günərzi) sosial xidmətdən daha geniş əhali kateqoriyasının istifadə etməsinə şərait yaradacaqdır.

Nuranə Daxilqızı