“AzerGold” QSC-də Pakistanın “Frontier Works Organization” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
Botanika İnstitutunda Xocalı Soyqırımının 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilib
Tahir Gözel: "Qarabağ adını Avropada layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik"
Ali baş komandanımız İlham Əliyev bütün dünya ictimaiyyətinə göstərdi ki, dövlətimizin güclü iradəsi və qüdrətli ordusu var-Könül Nəbizadə
Nazim Eynallı: “Ulu öndərin dediyi kimi,Yol iqtisadiyyat mədəniyyət bir sözlə həyat deməkdir”
Autizmin əlamətləri
Autizm erkən uşaqlıq dövründə ən çox rast gəlinən bir fərqindəlikdir. Adətən simptomları bəzən çox erkən yaşlarda müşahidə olunur. Uşaq autizm diaqnozu 2,5-3 yaşda təyin edilir. Məhz bu dövrdə danışıq pozuntuları, məhdud sosial ünsiyyət və qapalılıq özünü göstərir. Qeyd etmək lazımdır ki, autizmin təzahürləri ilə, diaqnozu təyin edənə qədər müəyyən dövr keçir. Uşaqlarda müəyyən xarakterik cizgilər müşahidə olunur ki, valideynləri buna fikir vermirlər. Lakin ananın diqqəti buna yönəldikdə o, həqiqətən də uşaqda düzgün inkişaf getmədiyini etiraf edirlər. Belə ki, valideynlər xatırlayır ki, uşaq həmişə sözəbaxan və problem yaratmırdı, o, demək olar ki, ağlamırdı, hər hansısa bir əşyaya saatlarla tamaşa edə bilərdi və s. Lakin yaşla əlaqədar, sosializasiya bağlı təlabatlar (uşaq bağçası, məktəb) ortaya çıxan zaman bu əlamətlərə digərləridə qoşulur. Uşaq məktəbəqədər yaşa çatdıqda (3-5 yaş), autizm əlamətləri daha aydın görünür. Autizmin 3-5 yaş aralığındakı umumi əlamətlərinə sosial ünsiyyətdə çətinlik, təkrarlanan davranışlar və ya hərəkətlər (məsələn əl çırpmaq ), xüsusi maraqlara və ya obyektlərə intensiv diqqət daxildir.
Büçün də erkən müdaxilə mütləqdir ki, bu da mütəxssislər tərəfindən aparılır.Həmçinin bu müddət ərzində mütəxəssis və valideyn dəstəyi birlikdə olması vacibdir.
Gülarə Asəfqızı.
Uşaq və yeniyetmə psixoloqu