Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

28 Ara 20:03Mədəniyyət

Baş İdarə tərəfindən autizm sindromlu uşaqlar üçün bayram tədbiri keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə autizm sindromlu uşaqlar üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Tədbir zamanı çıxış edənlər autizm sindromlu uşaqların və ailələrin cəmiyyətin həssas qrupuna aid olduğunu və onlara xüsusi diqqət və qayğının göstərilməsinin vacibliyini qeyd ediblər. Sonra il ərzində fərqlənən autizm mərkəzlərinə, idman klublarına, təlimçilərə diplom və təşəkkürnamələr təqdim olunub. Yarışlarda mükafat qazanan autizm sindromlu idmançılara hədiyyələr verilib.

Bədii hissədə ifa olunan sevilən mahnılar və rəqslər həm uşaqlarda, həm də qonaqlarda xoş ovqat yaradıb.