Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
“Bəzən vətəndaşlar onlara qoyulan qadağa haqda məlumatlı olmurlar”

“Azərbaycan ərazisindən çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasına dair Ombudsmanın ünvanına daxil olmuş bir sıra müraciətlərlə bağlı aidiyyəti üzrə sorğular göndərilib, pozulmuş hüquqların bərpası istiqamətində zəruri tədbirlər görülüb”.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Bildirilib ki, şikayətlərin təhlili onu göstərir ki, şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulduğu bəzi hallarda həmin şəxs bu barədə məlumatlı olmur. Belə olduqda şəxs onun barəsində məhdudiyyətin tətbiq edilməsinə dair məlumatı şəxsiyyət vəsiqəsini (ümumvətəndaş pasportunu) dəyişdirdikdə və ya sərhədi keçdikdə əldə etmiş olur ki, bu da həmin şəxs üçün vaxt və vəsait itkisinə, habelə digər hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.
“Qeyd edilənləri nəzərə alaraq, ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan şəxslər barədə məlumatların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilərkən həmin şəxslərə bu barədə bildirişin dərhal göndərilməsinə dair imperativ tələbin qanunvericiliklə təsbit olunması zəruridir”.
Nuranə Daxilqızı























































