Menu
Xəbər Lenti
Prezidentlər təltif olundu
31-07-2026, 10:05

Prezidentlər təltif olundu

“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 09:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 09:26

Çində iki zəlzələ oldu

03 Mrt 08:12Manşet / Cəmiyyət

“Şəhid ailələri ilə bağlı qanunvericilikdə dəyişikliklər zəruridir”

sehid-aileleri-ile-bagli-qanunvericilikde-deyisiklikler-zeruridir

“Şəhid ailələrinin qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququ var. Lakin bununla bağlı təcrübədə yaranan bəzi çətinliklər qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zərurətini yaradır”.

“Qafqazinfo” xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1.4-cü bəndinə əsasən, şəhidin uşaq evlərində tərbiyə olunan qardaş və bacıları şəhid ailəsinin üzvü hesab edilirlər.

“Şəhidin həmin Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş ailə üzvlərinin olmaması halında uşaq evlərində olmasından asılı olmayaraq bacı və qardaşlarının da şəhid ailəsinin üzvü hesab edilməsi həmin şəxslərin müvafiq güzəşt və imtiyazlardan bərabər şərtlərlə istifadə etməsinə şərait yaradacaq”, - deyə məruzədə bildirilib. 

Nuranə Daxilqızı