Xəbər Lenti
Bugün, 14:16
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Bugün, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Bugün, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Bugün, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Bugün, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
11 Mrt 06:49Manşet / Şou-biznes
Acun bu tarixdə hakim qarşısına çıxacaq

Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində iş adamı Acun Ilıcalı və bir sıra digər şəxslər haqqında ittiham aktı qəbul edilib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, haqqında 5 il 3 aya qədər həbs istənilən Acun Ilıcalı 2 iyul tarixində məhkəməyə çıxacaq.
Qeyd edək ki, ittiham aktında TV 8 və “Exxen” platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam edildiyi iddia olunur. İşlə əlaqədar ümumilikdə səkkiz nəfər təqsirləndirilir.
Xatırladaq ki, ötən il İstanbul Cümhuriyyət Prokurorluğu Acun Ilıcalı haqqında araşdırmalara başlayıb.























































