Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
Bugün, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

23 Mrt 07:19Manşet / Gündəm / Dünya

Çin Ukraynada sülhməramlı missiyada iştirak imkanlarını müzakirə edir - KİV

Çin Ukraynada sülhməramlı missiyada iştirak imkanlarını müzakirə edir - KİV

Çin Ukraynada potensial sülhməramlı missiyada iştirak etməyi düşünür. 
Qaynarinfo xəbər verir ki, "WELT AM SONNTAG" bu barədə diplomatik dairələrdəki mənbələrinə istinadən yazır.
Brüsseldəki Çin diplomatları Avropanın belə bir addıma necə reaksiya verə biləcəyi ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr aparıblar. Eyni zamanda, mənbələr belə bir addımın sülhməramlı missiyanı Rusiya üçün daha məqbul edə biləcəyini qeyd edirlər.
"Çinin "istəklilər koalisiyası"na daxil olması Rusiyanın Ukraynada sülhməramlı qüvvələrin olması ilə bağlı razılaşmasını potensial olaraq gücləndirə bilər", deyə nəşr yazır.
Bundan əvvəl Britaniya hökumətinin sözçüsü bildirib ki, bir çox ölkələr öz sülhməramlılarını Ukraynaya göndərməyə hazırdır. Ümumilikdə "istəklilər koalisiyası"na 30-dan çox dövlət daxildir, lakin onların əksəriyyəti başqa yollarla, yəni öz əsgərlərini Ukraynaya göndərmədən kömək etməyə hazırdır.
Eyni zamanda, Londonda keçirilən müttəfiqlərin Baş Qərargah rəislərinin görüşündə Ukraynada sülhün təmin edilməsi üçün təkcə quru qoşunları deyil, həm də Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin güclü bölmələri tələb olunduğu barədə razılıq əldə olunub.
Aydın