Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Sülhməramlıların bölgədən çıxarılması bu gün müzakirə olunacaq - Rusiya MN

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün bu gün İrəvana səfər edəcək.
TASS xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat yayıb.
O bildirib: “Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının konkret tarixləri müzakirə olunacaq”.
Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci ildə imzaladığı atəşkəs bəyannaməsinə əsasən regionda yerləşdirilib. Rusiya sülhməramlı kontingentinin qalma müddəti müqavilənin imzalandığı tarixdən etibarən beş il müddətinə müəyyən edilmişdir, əgər müqavilə tərəflərindən heç biri müddətin bitməsinə 6 ay qalmış bəyan etməsə, avtomatik olaraq daha 5 il müddətinə uzadılır. bu müddəanın tətbiqini dayandırmaq niyyətindədir.























































