Xəbər Lenti
9-04-2026, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 11:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin açılışında

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı və birinci xanım burada görülən işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunan fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.























































