Prezident İlham Əliyevin strateji çıxışı çağdaş informasiya dövründə Azərbaycanın yol xəritəsidir
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar
Füzuli RİH başçısı Alı Alıyev və “Azərşəkər” MMC-nin şəhid ailəsinə qarşı ədalətsiz davranışı: Torpaq əlindən alınıb?! – İDDİA/VİDEO
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdı
Həmin işdə hökm oxundu - Videodakı kişi qardaşları bağışladı
Ağcabədidə iki qardaşın törətdiyi tükürpədən cinayətin məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, söhbət ötən ilin payızında “Qaradolaq körpüsü” adlanan ərazidə baş verən hadisədən gedir.
Belə ki, iki qardaşın şəxsi ədavətlə bağlı həmkəndlilərinin başına gətirdikləri hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılmışdı. Qardaşlar bir nəfəri maşının baqajında çöllük əraziyə gətirib, butulka və digər silah qismində əşyalarla döyüb, şəxsinə alçaldıcı hərəkətlər etmişdilər.
Polis əməkdaşları tərəfindən başlanan istintaqla qardaşların ikisi də cinayət məsuliyyətinə cəlb edilib.
Zərərçəkmiş şəxs məhkəmədə təqsirləndirilən şəxslərdən şikayətçi olmayıb, onları bağışladığını deyib.
Ağcabədi Rayon Məhkəməsinin hakimi dəlil və sübutları tədqiq etdikdən sonra Əhəd və Cabir qardaşlarının ikisini də əzab verməkdə təqsirli bilib.
Hökmə əsasən Cabir 2 il azadlıqdan məhrum edilib. Əhəd isə 4 min manat cərimələnərək məhkəmə zalından azadlığa buraxılıb.