Xəbər Lenti
Bugün, 09:38
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
Dün, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Dün, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Dün, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Dün, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
XİN Ermənistanı məsuliyyətə cəlb etməyə çağırır

"4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki minaların törətdiyi təhlükəni bir daha qeyd edirik”.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin "X” hesabındakı paylaşımında qeyd edilib.
Bildirilib ki, Azərbaycan ərazilərinin uzunmüddətli işğalı dövründə həmin ərazilərdə basdırılan minaların partlaması nəticəsində 2020-ci ildən ötən müddətdə 388 nəfər Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb.
Eyni zamanda, Nazirlikdən həmin ərazilərdəki minaların mülki vətəndaşların həyatına təhlükə və insanların öz evlərinə təhlükəsiz qayıdışına maneə yaratmaqda davam etdiyini vurğulanıb.
XİN öz paylaşımında beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə sahəsində həyata keçirdiyi fəaliyyətə dəstək verilməsinə və beynəlxalq hüququ pozan Ermənistanın məsuliyyətə cəlb olunmasına çağırıb.
O da qeyd edilib ki, Azərbaycan öz xalqının minasız, təhlükəsiz və çiçəklənən gələcəyini təmin etməklə bağlı öhdəliyinə sadiq qalır.























































