Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

05 Ock 17:45Siyasət

XİN: Azərbaycan Ermənistanın məsuliyyətə cəlb olunması istiqamətində səylərini davam etdirəcək

Ermənistan tərəfi üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirib və 2022-ci ilin avqust ayından etibarən Azərbaycanda 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar olunub. Mülki ərazilərin minalarla hədəfə alınması nəinki günahsız mülki şəxslərin həyatına təhdid yaradır, Azərbaycanın hələ də əldə olunmasına sadiq qaldığı sülh sazişini təhlükə altında qoyan bir təxribatdır. Cəmi üç həftə əvvəl Kəlbəcər rayonunda minanın partlaması nəticəsində 7 azərbaycanlı, o cümlədən bərpa işlərində iştirak edən 4 mülki şəxs yaralanıb, bir azərbaycanlı isə həlak olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi ikinci müraciətdə bildirilib.
Qeyd olunub ki, Azərbaycan mülki vətəndaşlarının qayıdacaqları rayonların minalardan operativ, təhlükəsiz və səmərəli şəkildə təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
Azərbaycan tərəfi beynəlxalq insan hüquqları hüququnu pozduğuna görə Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək.