Xəbər Lenti
Bugün, 10:00
"Kiçik addımlarla böyük uğura: icma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində təlimlər yekunlaşıb.
28-07-2025, 13:08
Oyun meydançasından çəkiliş meydançasına - Balaxanı neftçilərinin futbol komandası filmdə yer aldı
26-07-2025, 09:34
Özbəkistan Prezidentini təhqir edən şəxslə bağlı açıqlama - Azərbaycanda tutulmuşdu
25-07-2025, 19:50
Beyləqanda "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib
DYP-dən xəbərdarlıq: 2 bal və 60 manat cərimə..
Bakı Şəhər DYP İdarəsi avtomobili səkidə park edən sürücülərə müraciət edib.
Qaynarinfo xəbər verir ki, müraciətdə piyada qəzalarının baş verməsinə səbəb olan amillərdən biri kimi nəqliyyat vasitələrinin səkilərdə park edilməsi göstərilib.
"Apardığımız müşahidələr deməyə əsas verir ki, dəfələrlə edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrini piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərdə park edirlər. Nəzərə almaq lazımdır ki, belə olduğu təqdirdə piyadalar avtomobil yolunda hərəkət etmək məcburiyyətində qalırlar və bu da öz növbəsində piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinə real zəmin yaradır.
Mövcud qanunvericiliyin tələbinə əsasən, səkilərdə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və qayda pozuntusu aşkar edildiyi halda sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı və 60 manat məbləğində cərimə tətbiq ediləcək.
Odur ki, sürücülərdən dayanma və durma qaydalarına ciddi şəkildə riayət etmələrini və yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalara maneə yaratmamalarını xahiş edirik”, - deyə, məlumatda vurğulanıb.