Xəbər Lenti
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 09:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 16:49
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 14:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18-06-2026, 12:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
17-06-2026, 15:49
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Trampın tarif siyasəti hələ ki işlək olan sehrli əsadır (ŞƏRH)
"Təbii ki, rüsumlarla bağlı problem çözülməsə, ABŞ-la Çin arasındakı ticarət dövriyyəsində ciddi azalmalar olacaq. Bunun ilkin işarələri də artıq görünür".
Bunu Qaynarinfo-ya açıqlamasında REAL partiyasının sədri Natiq Cəfərli rüsum tətbiqindən sonra Çinlə ABŞ arasında iqtisadi münasibətlər üzrə mənzərənin necə olacağına aydınlıq gətirərkən deyib.
Natiq Cəfərli cari ilin ikinci rübünün ilk ayından başlayaraq başqa bir mənzərəni görə bilərik:
"Amma rüsumlar həm də danışıqlar üçün bir təməldir. Yəni rüsum tətbiqinin məqsədi bir tək rüsum toplamaq deyil. ABŞ bu yolla müxtəlif ölkələrlə ticarət dövriyyəsində üstünlük qazanmağa çalışır. Burada da əsas hədəf Çindir. Dünəndən başlayaraq Çindən gələn elektron avadanlıqları, telefon, kompüter, çiplərə tətbiq edilən rüsunlar ləğv edildi. Öz növbəsində Pekin də Amerikadan gələn eyni tip məhsullara rüsumları ləğv etdi. Yəni görünən odur ki, danışıqlar gedir".

Ekspert düşünür ki, yaxın həftələrdə məsələ öz həllini tapacaq:
"ABŞ 75-dən çox ölkə ilə danışıqıar apardığını və məsələnin yekunlaşmaq üzrə olduğunu bəyan edib. Amma onun nə ilə nəticələnəcəyini indidən söyləmək çətindir. Lakin tərəflərin bir-birinə tətbiq etdiyi rüsumların həcminə baxsaq, bu artıq qadağanedici rüsumlar sayılır. Çünki o tipli rüsumlarla ticarət etmək mümkün deyil".
Natiq Cəfərli bildirir ki, Trampın tarif siyasəti danışıqlar üçün təməl yaradacaq bir əsadır və hələlik işləkdir:
"Bir çox ölkələr artıq güzəşt edib. Nəticə etibarı ilə Çinlə ABŞ da bir nöqtədə anlaşacaqlar. Çünki hər ikisinin iqtisadiyyatı bir-birilə həddən çox asılıdır. Keçə il ümumi ticarət dövriyyələri 650 milyard dollar olub. Düzdür, Tramp Çinlə idxal-ixrac əməliyyatında paritetə nail olmayacaq. Çünki Çinin üstünlüyü çoxdur. Amma müxtəlif güzəştlərlə ticarət balansında müəyyən tarazlığın yaradılmasına doğru bira addım atılacaq"
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Çin ABŞ ilə ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % çox-154,58 milyard ABŞ dolları dəyərində ticarət aparıb. Bu barədə Çinin Baş Gömrük İdarəsi (BGİ) məlumat yayıb.
Məlumata görə, I rübdə Çinin ABŞ-yə ixracının dəyəri 115,61 milyard dollar (4,5 % çox), bu ölkədən idxalının dəyəri isə 38,97 milyard dollar (1,4 % az) təşkil edib.
Amma aprelin əvvəlindən başlayaraq ABŞ prezidenti Donald Tramp Çinə rüsumlar tətbiq edib. Bu rüsumların həcmi 134 faizə çatdırılıb. Çin də öz növbəsində qarşı tərəfə münasibətdə anoloji addım atıb. Bu da onu göstərir ki, rüsum tətbiqindən sonra tərəflər arasında birinci rübdə özünü göstərən mövcud ticarət münasibətlərində mənzərə ciddi şəkildə dəyişəcək.
Rüfət Sultan























































