Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Allah rəhmət eləsin!
“Şirvan Operating Company Ltd” şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədovun verdiyi məlumata əsasən, 2 saylı NQÇS-də çalışan Məmmədov Afiqin atası, uzun illər Qazma sahəsində çalışmış zəhmətkeş və nümunəvi insan – Məmmədov Nuruməmməd Qəhrəman oğlu Siyəzən rayonu ərazisində baş vermiş təbii fəlakət – sel nəticəsində həyatını itirərək vəfat etmişdir.
“Şirvan Operating Company Ltd” şirkətinin rəhbərliyi və kollektivi adından mərhumun vəfatından kədərləndiyimizi bildirir, onun bütün əzizlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk.
Qeyd edirik ki, mərhum bu gün – saat 16:00 radələrində Şirvan şəhəri el qəbiristanlığında dəfn ediləcəkdir.
Bu ağır gündə biz də – “Xezertv.info”nun redaksiya heyəti olaraq, Məmmədov Nuruməmmədə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına səbr və dözüm arzulayırıq.
Allah rəhmət eləsin! Qəbri nurla dolsun! Məkanı cənnət olsun! Ruhu şad olsun!
Xezertv.info-nun redaksiya heyəti






















































