Menu
Xəbər Lenti
Telefonla danışdılar
Bugün, 05:17

Telefonla danışdılar

“Narazıyam” - Tramp
Bugün, 05:08

“Narazıyam” - Tramp

Bu gün imtahan var
Dün, 08:29

Bu gün imtahan var

Təl-Əvivə bomba yağır
7-03-2026, 08:29

Təl-Əvivə bomba yağır

20 Nis 09:22Manşet / Gündəm / İdman

"Qarabağ" - "Neftçi" oyununda azarkeş rekordu

 

Misli Premyer Liqasının XXXI turunun "Qarabağ” – "Neftçi” oyununu (3:0) 7200 tamaşaçı izləyib.
Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda mövsümün ikinci göstəricisi qeydə alınıb.
Yalnız bu komandalar arasında XXIII turun görüşündə daha çox seyrçi olub.
"Neftçi Arena”dakı "Neftçi” – "Qarabağ” qarşılaşmasını (0:1) 9355 tamaşaçı izləyib.
Maraqlıdır ki, mövsümün 3-cü göstəricisi də Azərbaycan derbisinə məxsusdur. XV turun "Neftçi Arena”dakı "Neftçi” – "Qarabağ” (0:3) oyununda 7069 tamaşaçı olub.
Qeyd edək ki, seyrçi sayında 4-cü nəticə IX turun "Sumqayıt” – "Qarabağ” matçına (0:1) məxsusdur. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 izləyici qeydə alınıb.