Xəbər Lenti
Dün, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Dün, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Dün, 14:52
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
18-05-2026, 19:46
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
17-05-2026, 10:48
Azərbaycan Tibb Universitetində kamandan oxatma idman növünün inkişafı və perspektivləri müzakirə olunub
Böyük Qayıdış: Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
"Report” xəbər verir ki, bu gün işğaldan azad edilmiş iki kəndə növbəti köç karvanı yola salınıb.
Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 34 ailə - 141 nəfər köçürülüb.
Eyni zamanda Xocalı rayonunun Ballıca kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 21 ailə - 83 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.






















































