Xəbər Lenti
Bugün, 16:20
Yevlax Mədəniyyətinin ilk qadın kamança ifaçısı Hüseynova Sürəyyə Hüseyn qızı ilə görüş təşkil-Foto
10-06-2025, 12:53
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"
10-06-2025, 12:17
1995-ci ildə banda yaratdı, 3 nəfəri öldürdü, quldurluq etdi - 30 il sonra məhkəmədə
7-06-2025, 09:12
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
Şərurlu İsfəndiyar təqsirləndirilən şəxs oldu
"Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə təqsirləndirilən şəxs qismində tanınıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar çıxarıb.
Şikayətçi iş adamı Emil Səməndərovun vəkili Asim Abbasov məlumatı saytımıza təsdiq edib. Vəkil deyib ki, İ.Axundov özü məhkəmə prosesinə gəlməyib. Hakim onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edib.
Xatırladaq ki, İsfəndiyar Axundovu "Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri E.Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib.
Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.