Xəbər Lenti
19-10-2025, 09:05
Telefon izləmə imperiyası qurdular: Nə virus var, nə casus proqramı - Hər kəs izlənilir
18-10-2025, 11:04
“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
18-10-2025, 10:06
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
17-10-2025, 19:16
Sumqayıt şəhər İcra hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi Lalə Hacıyeva: “18 oktyabr – qürur və azadlıq günümüzdür!”
Hamı "rəhbər" olacaq: "Microsoft" süni intellektlə gələcək barədə proqnoz verdi
"Microsoft" şirkəti hesab edir ki, gələcəkdə süni intellektin inkişafı sayəsində hamımız rəhbərə çevriləcəyik. Proqram təminatı nəhəngi "sərhəd firmaları" adlı yeni biznes modelinin formalaşacağını proqnozlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu modellərdə insanlar müxtəlif tapşırıqları yerinə yetirən süni intellekt agentlərini idarə edəcəklər.
"Süni intellektə əsaslanan agentlər iş qüvvəsinə daha çox daxil olduqca, biz "rəhbər-agentlərin" - onları yaradan, tapşırıqları verən və idarə edən insanların meydana çıxmasını görəcəyik. İnsanlar startapın baş direktoru kimi düşünməyi bacarmalı olacaqlar", deyə "Microsoft"un icraçı direktoru Cared Spataro öz bloqunda qeyd edib.
ChatGPT-nin yaradıcısı "OpenAI" ilə ən böyük tərəfdaşlardan biri olan "Microsoft" hesab edir ki, növbəti beş il ərzində liderliyə can atan bütün təşkilatlar yeni biznes modelinə keçəcək. Şirkətin proqnozuna görə, həmin dövrdə süni intellekt agentləri "bugünkülərdən əhəmiyyətli dərəcədə fərqli" olacaq. Onlar "tələb üzrə zəka" konsepsiyası əsasında yaradılacaq və daha funksional, daha müstəqil fəaliyyət göstərəcəklər.
Şirkət bildirir ki, Al rəhbərlərinin yaranması üç mərhələdə baş verəcək: əvvəlcə hər bir əməkdaşın şəxsi süni intellekt köməkçisi olacaq, sonra bu agentlər "rəqəmsal həmkarlar" kimi komandalara qoşulacaq və konkret tapşırıqları yerinə yetirəcəklər. Sonda isə insanlar mürəkkəb prosesləri onlara həvalə edib yalnız lazım gəldikdə nəzarət edəcəklər.
Məsələn, "Microsoft" təchizat zəncirində çalışan əməkdaşların rolunu nümunə gətirərək bildirib ki, gələcəkdə süni intellekt agentləri bütün logistik prosesi idarə edəcək, insanlar isə sistemi və təchizatçılarla münasibətləri nəzarətdə saxlayacaqlar.
Şirkətin proqnozlarına görə, süni intellekt əmək bazarı üçün böyük bir təhlükə yaratmayacaq. Əksinə, süni intellekt əməkdaşları gündəlik rutin işlərdən azad edəcək və məhsuldarlığın - iqtisadi effektivliyin əsas göstəricisinin - artırılmasına kömək edəcək.
Aydın