Xəbər Lenti
1-07-2026, 11:25
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
1-07-2026, 11:16
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
30-06-2026, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
“Qarabağ” FK müdafiəçisi Toral Bayramov Lənkəran rayonu M.H.Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbin qonağı oldu.

Dəyərli izləyicilər bu gün “Qarabağ” futbol klubunun müdafiəçisi Toral Bayramov Lənkəran rayonu M.H.Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbin - şagirdlərin görüşünə gəlib. Təhsil müəssisəsinin akt zalında baş tutan görüşdə məktəb rəhbərliyi, müəllim və şagird heyəti iştirak edirdi.
Şagirdlərin sevimlisi olan Toral Bayramovun məktəbə gəlişi onlar tərəfindən böyük sevinc və coşqu ilə qarşılandı. Məktəbin direktoru Ramiz Ramazanovun təşkilatçılığı ilə baş tutan görüşdə şagirdlər məşhur futbolçu ilə həmsöhbət olaraq, ona bir çox maraqlı suallar vermiş, xatirə şəkli çəkdirmişlər.
Fərid Faiqoğlu
Xezertv.info



































































