Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
İki bacı ağır yanıq xəsarətləri alıb: Təcili dəstəyə ehtiyacları var

Aysu və Fatimə Əliyevanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var.
Bu barədə Oxu.Az-a onların anası Fizzə Əliyeva məlumat verib.
O, övladlarının oktyabrın 5-də ehtiyatsızlıq üzündən yanıq xəsarətləri aldığını deyib:
"Biz Siyəzəndə yaşayırıq, uşaqlar evdə oynayarkən sobanı dartıblar, qaynar çaydanı üzərilərinə aşırıblar. Elə həmin gündən də xəstəxanada müalicələr etdiririk. Fatimənin, demək olar ki, bütün bədəni yanıb. Müalicələri tamamlanandan sonra o, bir neçə dəfə əməliyyat olunmalıdır. Ağrıları dözülməzdir. İki uşağı birdən müalicə etdirmək, inanın, bizim üçün çox ağırdır".
Gənc ana övladları üçün dəstək istəyib:
"Bizim Aysu və Fatimədən başqa bir oğlumuz da var. Yoldaşım mühafizəçi işləyir, qızlar yanandan bəri o da işə gedə bilmir. Uşaqların gündəlik pamperslərini, gündəlik xərclərini qarşılamaq, inanın, bizə çox baha başa gəlir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 325-37-53.
"Kapital Bank": 4169 7388 9781 8385.






















































