Xəbər Lenti
Bugün, 14:16
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Bugün, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Bugün, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Bugün, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Bugün, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Ərdoğandan Rusiya və Ukraynaya - Çağırış
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynaya çağırış edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı danışıb.
“Bütün tərəflərin etimadını qazanmış yeganə ölkə kimi müzakirələrə töhfə verməyə hazırıq. Müzakirələrə ev sahibliyi etmək bizi sevindirər. Son təmaslarla yeni fürsət pəncərəsinin açıldığını görürük. Ümid edirəm ki, bu dəfə ələ keçirilən fürsət boşa çıxmaz”, - Ərdoğan deyib.
O, həmçinin qeyd edib ki, tərəflər 2022-ci ilin mart ayında sülhə çox yaxın idilər və amma bəzi güclərin müdaxiləsi səbəbindən bu, alınmayıb.























































