Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış üç sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan üç ikitərəfli sazişi təsdiqləyib.
Oxu.Az-ın verdiyi məlumata görə, sənədlər "Resmi Gazete"də dərc olunub.
Təsdiqlənən sazişlər sırasında turizm, su ehtiyatları və baytarlıq sahələrində əməkdaşlığı əhatə edən müqavilələr yer alıb.
"15 noyabr 2024-cü il tarixində Bakı şəhərində imzalanmış "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq olunmasına, 244 saylı Qanunun 5-ci maddəsi və 9 saylı Prezident Fərmanının 2-ci və 3-cü maddələrinə əsasən qərar verilib", - deyə birinci sənəddə qeyd edilib.
9822 saylı qərarla isə 8 may 2024-cü il tarixində Ankara şəhərində imzalanmış "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi" təsdiq olunub.
Həmçinin, 19 fevral 2024-cü il tarixində Ankara şəhərində imzalanmış "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş" də təsdiq edilib.























































