"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Eylem Tokun qalmaqallı oğlu ilə bağlı şikayəti geri götürdülər

Ötən il Türkiyədə lüks avtomobillə qəza törədən yazıçı Eylem Tokun yeniyetmə oğlu ilə bağlı şikayətlər geri çəkilib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəzada dünyasını dəyişən Oğuz Murat Acının həyat yoldaşı və yaralanan 4 şikayətçi Timur Cihantimur və anası Eylem Toka qarşı şikayətlərini maddi və mənəvi ziyanın tam ödənildiyi üçün geri götürüblər.
Xatırladaq ki, 2024-cü ilin martın 1-də Türkiyənin İstanbul şəhərinin Eyüpsultan qəsəbəsində Eylem Tokun 17 yaşlı oğlu Timur lüks avtomobillə yol kənarındakı maşına çırpılıb. Qəza zamanı digər maşındakı 5 nəfərdən 4-ü müxtəlif dərəcəli xəsarətlər alıb, 1-i isə hadisə yerindəcə keçinib.
Yazar qəzadan sonra bir nəfərin ölümünə səbəb olan yeniyetmə oğlunu qaçaq yolla Misirə, orada isə Bostona aparıb. Onların hər ikisi Bostonda saxlanılaraq Türkiyəyə gətirilib.






















































