Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Rafiq Abbasov məhkəmələrə qayıdır - Bu dəfə vəkil kimi
5 ay əvvəl təqaüdə göndərilən tanınmış hakim Rafiq Abbasov yenidən məhkəmə salonlarına qayıdır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin sabiq hakimi Vəkillər Kollegiyasına üzv qəbul olunub. R.Abbasov and içərək rəsmi olaraq vəkil fəaliyyətinə başlayıb.
Uzun illər məhkəmə sistemində çalışan eks-hakim hüquqşünas olmaqla yanaşı, həm də ali təhsilli jurnalistdir. O, əvvəllər “Kirpi” satirik jurnalı və digər mətbuat orqanlarında fəaliyyət göstərib.
Hakimlik fəaliyyəti dövründə bir sıra rezonans doğuran cinayət işlərinə baxması ilə yadda qalan Rafiq Abbasov MTN generalları Mövlam Şixəliyev və Nizami Şirinov, 143 milyon manatlıq yeyinti işi üzrə mühakimə olunan general Nizami Məmmədov və digər zabitlərin cinayət işini araşdırıb.
O, həmçinin azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryana hökm çıxaran hakimlərdən biri kimi də yadda qalıb.
Sail Ağasəlim
























































