Menu
Xəbər Lenti
İstanbulda zəlzələ oldu
21-05-2025, 07:13

İstanbulda zəlzələ oldu

Papanı Ağ Evə dəvət etdi
20-05-2025, 06:34

Papanı Ağ Evə dəvət etdi

Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

24 May 09:24Manşet / Gündəm / İdman

“Şamaxı” “Qarabağ”a, “Sabah” “Neftçi”yə qarşı

 

Bu gün "Qarabağ" və "Neftçi" komandaları cari mövsüm Misli Premyer Liqasında sonuncu oyunlarını keçirəcəklər.

Qaynarinfo xəbər verir ki, sonuncu - XXXVI turda Ağdam təmsilçisi səfərdə "Şamaxı"nın qonağı olacaq.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 17:00-da başlayacaq.
"Neftçi" isə "Bank Respublika Arena”da "Sabah"la üz-üzə gələcək. Görüşün start fiti saat 19:30-da səslənəcək.
2024/2025 mövsümündə ölkə çempionluğunu rəsmiləşdirən "köhlən atlar" 86 xalla liderdir. "Sabah" 45 xalla beşinci, "Neftçi" 43 xalla altıncıdır. 36 xala malik "Şamaxı" isə yeddinci sırada yer alıb.
Misli Premyer Liqası
IV dövrə, XXXVI tur
24 may
17:00. "Şamaxı” – "Qarabağ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
Ad - 00:08
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu
19:30. "Sabah” – "Neftçi”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Bank Respublika Arena”
Qeyd edək ki, turun açılış oyununda "Sumqayıt" səfərdə "Səbail"ə qalib (4:1) gəlib. Tura mayın 25-də yekun vurulacaq.