Menu
Xəbər Lenti
İstanbulda zəlzələ oldu
21-05-2025, 07:13

İstanbulda zəlzələ oldu

Papanı Ağ Evə dəvət etdi
20-05-2025, 06:34

Papanı Ağ Evə dəvət etdi

Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

24 May 09:52Manşet / Gündəm

Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı Şəhər Yaradıcılıq evində Bəstəkar, şairə Sevinc Mansurova bəstəsinin işığı adlı tədbir keçirilib

 

Turkdunyasi.az xəbər verir ki, Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı Şəhər Yaradıcılıq evində Respublikanın Əməkdar Mədəniyyət işçisi Zöhrə Adgözəlovanın təşkilatçılığı ilə" Qonağım var" " Yevlaxla tanınanlar, Yevlaxı tanıdanlar" layihəsi adlı tədbir təşkil olunub. Tədbirinin təşkilatçı və rəhbəri Z. Adgözəlova giriş sözü ilə tədbirin açıq elan edərək, tədbirin mahiyyəti barədə tədbir iştirakçılarına məlumat verərək,qonaqları salamlayıb.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldıqdan sonra söz şerə-musiqiyə verildi. Daha sonra tamaşaçıların alqışları ilə səhnəmizin qonağı, bəstəkar - şairə Sevinc Akif qızı Mansurova səhnəyə dəvət aldı.

Müğənnilər H. Mirzəyev, X. Sarıyev, G. Kamal, X. Quliyev, İ, Məmmədov, O. Əkbərov, R. Hüseynov, R. Quliyev və S. Hüseynovun mahnıları proqramı rövnəqləndirdi. Aktyorlardan S. Mustafayeva, E. Babayeva, F. Həsənova, aparıcı L. Abdullayeva və Zaur Qurbanovun çıxışları ilə bir-birini əvəzlədi. Musiqiçilər M. Əliyevin, Q. Qasımov, M. Nəbiyev, R, Rüstəmov, Ə. Abbasov, H. Əsədzadənin ifaları alqışlarla qarşılandı.

Səhnə çiçək yağışına büründü. Tədbir anışlaqla başa çatdı. Bizdə Turkdunyasi.az informasiya portalının bütün yaradıcı kollektivi adından dəyərli Bəstəkar, şairə, kulturoloq Sevinc Mansurovaya uğurlar arzulayırıq!