Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
Heydər Əliyev ideyalarının davamçısı və Azərbaycanın tərəqqisinə həsr olunmuş fəaliyyət – İsmayıl Zalov
“Məni rahat burax, uğursuz bədbəxt...” - Arvadı Makrona

Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makron tərəfindən şillə ilə vurulub.
“Qafqazinfo” xəbər verir ki, “The New York Post” qəzeti Fransa Prezidentinin arvadı ilə mübahisəsindən yazıb.
Mənbənin məlumatına görə, Bricit ərinə şillə vurandan sonra Makron vəziyyəti düzəltməyə çalışsa da, bu mümkün olmayıb. Şillədən sonra vəziyyət yenidən gərginləşib.
Belə ki, hadisədən sonra təyyarədən enərkən Makron Bricitə nəzakətlə əl uzadıb, lakin xanımı onun jestini rədd edib və məhəccərdən yapışıb.
Nəşr yazır ki, Bricit ərinin qulağına bu sözləri deyib: “Məni rahat burax, uğursuz bədbəxt”.
Makron isə vəziyyəti düzəltməyə çalışaraq “Gəl bir də cəhd edək, xahiş edirəm”, - deyib. Lakin Bricit ona soyuq və qısa olaraq “yox” cavabını verib.






















































