Xəbər Lenti
9-04-2026, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 11:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
31 Ekm 10:27Dünya
Makron Qazaxıstana niyə gedir? - SƏBƏB

Fransa prezidenti Emmanuel Makron Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaq üçün Qazaxıstana gedəcək.
Bu barədə "Bloomberg" agentliyi yazıb.
"Emmanuel Makron bu həftə ölkənin nüvə reaktorlarını təmin edən uran tədarükçüləri olan Qazaxıstan və Özbəkistana səfər edəcək. Səfərin məqsədi Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaqdır", - məlumatda deyilir.
Fransanın enerji sisteminin çox hissəsi urandan yanacaq kimi istifadə edən atom elektrik stansiyalarından asılıdır. Fransa əvvəllər Qərbi Afrikadakı keçmiş müstəmləkələrindən uran alırdı, lakin Mali və Nigerdə dövlət çevrilişindən sonra bu ölkələr Fransa ilə bütün sahələrdə əməkdaşlığı azaldıblar.























































