Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
President.az-a istinadən xəbər ikki, təbrikdə deyilir:
"Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə bərabərliyə, qardaşlığa və fədakarlığa dəvət edir.
Cəmiyyətimizdə humanizmi və xeyirxahlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və təntənə ilə keçirilir. Bu günlərdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, saf niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.
Əziz bacı və qardaşlarım!
Mübarək Qurban bayramı günlərində bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!"























































