Xəbər Lenti
Bugün, 09:12
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
5-06-2025, 11:44
Adil Əliyevdən Araz Musayevin iddialarına cavab: "Ortada istintaqı yayındırmaq cəhdi var"
5-06-2025, 10:25
Şahin Seyidzadə: Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır
4-06-2025, 15:27
Elsevər Məmmədov Niderland- Belçika Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru seçildi
ABŞ Prezidenti: Zəruri saysaq, Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyik
Birləşmiş Ştatlar zəruri hesab etsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində deyib.
"Əgər Rusiyanın sövdələşməyə getməyəcəyini və ya qan tökülməsini dayandırmayacağını düşünsəm, lazım gəlsə, bundan istifadə edəcəyəm”, - Tramp deyib.
O əlavə edib ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyən senatorlarln bir çoxu yekun qərarı onun öhdəsinə buraxırlar. "Mən onlarla bu barədə danışmamışam. Onların qanun layihəsi var, amma bu məndən asılıdır, bu mənim seçimimdir. Onlar bunu belə planlaşdırıblar və bu baş verərsə, bu, çox vaxta qənaət edəcək. Ona görə də bu məni qane edir. Bundan istifadə edib-etməmək barədə hələ qərar verməmişəm. Bu, çox sərt qanun layihəsidir", - ABŞ Prezidenti əlavə edib.
Daha əvvəl Tramp Senatdakı respublikaçı həmkarlarından Rusiyaya qarşı sanksiyaları sərtləşdirən, o cümlədən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxarmamağı xahiş edib.