Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

25 Şub 02:45Dünya

Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndələri Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə İsveçin sədrliyi ilə keçirilən Aİ Şurasının iclasında bildirilib.

Yeni sanksiyalar paketinə ikili təyinatlı mallar və texnologiyalar üzrə daha güclü ixrac məhdudiyyətləri, müharibəni dəstəkləyən, təbliğat aparan və ya pilotsuz təyyarələr verən şəxslərə və təşkilatlara qarşı məhdudlaşdırıcı tədbirlər, Rusiya dezinformasiyasına qarşı sanksiyalar və s. daxildir.

Sanksiyalar Aİ Şurası tərəfindən təsdiqləndikdən sonra İttifaqın rəsmi jurnalında dərc olunacaq və qüvvəyə minəcək.