“Sonuncu əməliyyatdan sonra qazi artıq sərbəst danışır və qida qəbul edir” - Təmraz Tağıyev
Sədr müavini: "Məhsul festivallarında qiymətləri dövlət tərəfindən tənzimləmək çətindir"
“Sonuncu əməliyyatdan sonra qazi artıq sərbəst danışır və qida qəbul edir” - Təmraz Tağıyev
“Qərbi Azərbaycan İcması Nərimanov rayon təşkilatının təşəbbüsü ilə qazi Orxan Əsgərovun Türkiyənin Konya şəhərindəki tanınmış klinikaların birində növbəti əməliyyatı baş tutub”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə rayon təşkilatının rəhbəri Təmraz Tağıyev məlumat verib.
O bildirib ki, Vətən müharibəsi qazisi olan Orxan Əsgərovun aldığı qəlpə yarası nəticəsində üz- çənə əməliyyatının aparılmasına ehtiyac var idi.
Dövlət dəstəyi ilə qazi Orxan Əsgərov az müddət ərzində 24 dəfə üz-çənə əməliyyatı keçirib və səhhətində xeyli irəliləyiş olub. Bu proseslərdə dövlətin hər zaman dəstəyini hiss etdiklərini qeyd edən Təmraz Tağıyev sonuncu əməliyyatdan sonra qazinin artıq sərbəst danışması və qida qəbulundakı problemlərin aradan qaldırıldığını bildirib.
Təmraz Tağıyev qazinin Türkiyədə olduğu müddətdə onun və ailəsinin sosial-məişət qayğıları ilə də maraqlandıqlarını və hər zaman dəstək göstərdiklərini xüsusilə vurğulayıb.
Qazi Orxan Əsgərovla telefon danışığında Təmraz Tağıyev onun tezliklə tam sağalıb həyat fəaliyyətini davam edəcəyinə inandığını əlavə edib. Təmraz Tağıyev qazinin əməliyyatnın keçirilməsində Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altayın xüsusi dəstəyi olduğunu bildirməyi unutmayıb.
Rayon təşkilatının rəhbəri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirərək və Vətən müharibəsindəki qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, xalqımızın igid oğullarının qəhrəmanlıqları nəticəsində qazanıldığını söyləyib.
Hazırda Qərbi Azərbaycandan olan qaçqınların 70 faizədək hissəsinin Nərimanov rayonunda məskunlaşdığını qeyd edən təşkilatın rəhbəri, aztəminatlı ailələrin hər birinin sosial-məişət qayğılarının bundan sonra da diqqətdə saxlanılacağını qeyd edib.