Xəbər Lenti
15-03-2026, 11:27
Xeyriyyəçilik nümunəsi: Zeferyolu.az saytının rəhbəri Jalə Ağakişiqızından növbəti humanist təşəbbüs
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki küçələrdən birində baş verib.
Şəmkir sakini, 1986-cı il təvəllüdlü Zaman Hüseynov küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Azər Məsimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli























































