Xəbər Lenti
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?

Bu gün Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan və Ermənistan liderləri arasında görüşün ilkin detalları açıqlanıb.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, görüş konstruktiv atmosferdə keçib.
Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.
Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.























































