Xəbər Lenti
Bugün, 17:28
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının Qurultayı keçirilib.
Bugün, 13:27
“Neylərəm sənsiz” – Nənə nəvənin qəlbində yaşayan əbədi sevgi. Nuray Kərimli nənəsi Məlahət xanıma ithaf edir.
Bugün, 12:12
70 yaşlı sahibkara qarşı hədə-qorxu: Bakının mərkəzində “Kurtlar Vadisi” ssenarisi - MÜRACİƏT VİDEO
Bugün, 10:42
Ağdaş Olimpiya İdman Kompleksinin direktoru Tahir Umudovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
17-06-2025, 10:02
“McDonald’s Azərbaycan” yerli istehsal olan halal mal ətindən tam istifadəyə keçdiyini elan edib
16-06-2025, 10:58
Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?
"Paşinyanın Londonda İlham Əliyevlə görüşdən imtinasını sülh gündəliyindən geri çəkilmək kimi qiymətləndiririk"
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Report”un sualını cavablandırıb:
- Hikmət müəllim, Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulurdu. Bu, baş tutacaqmı?
- Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu.
Amma Ermənistan tərəfi bundan imtina etdi. Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk.
Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyildir və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirməli, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüslüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk.