Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Torpaq üçün canından keçən Milli Qəhrəmanının övladının torpağı əlindən alındı!... – Beyləqan notariatı hansı maraqlara xidmət edir?!... “Azərşəkər” MMC hansı “rol”dadı? Füzuli RİH başçısının hansı maraqları var?
Azərbaycan xalqı şəhid adına, şəhid ailəsinə, Milli Qəhrəmanlara daim böyük hörmətlə yanaşmışdır. Bu mənəvi dəyər cəmiyyətimizin dayaq sütunlarından biridir. Lakin bəzən məmur səhlənkarlığı və şəxsi maraqlar bu ali dəyərləri kölgə altına salır. Füzuli rayonunda baş verən və hazırda cəmiyyətdə geniş rezonansa səbəb olan olay da məhz belə bir mənzərə yaradır.
Şəhid Milli Qəhrəman Pəhlivan Fərzəliyevin oğlu Xaliq Fərzəliyev iddia edir ki, atasının xatirəsinə və ailəsinin dolanışığına əsaslanan 10 hektar torpaq sahəsi qeyri-şəffaf, mübahisəli yollarla əllərindən alınmışdır. Söhbət, Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə şəhid ailəsinə verilməsi üçün göstəriş verdiyi və sonradan Xaliq Fərzəliyevin təşəbbüsü ilə “Pəhlivan” MMC-nin təsis edildiyi torpaqdan gedir. Bu ərazi təkcə bir ailənin yox, 50-dən artıq yerli ailənin iqtisadi dayaq nöqtəsi olub.
İddialara görə, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və “Azərşəkər” MMC-nin nümayəndəsi Zaur Məmmədov birgə hərəkət edərək, “pilot layihə” bəhanəsi ilə Xaliq Fərzəliyevi razı salıblar. Bildirilir ki, həmin layihənin arxasında Mehriban xanım Əliyeva və Arif Paşayevin adı çəkilərək dövlət nüfuzu alətə çevrilib, bununla da şəhid övladının dövlətə olan sədaqətindən və inamından sui-istifadə edilib.
Ən maraqlı və bir o qədər də düşündürücü məqam isə bu “sənədləşmə” prosesinin Beyləqan rayon 1 saylı notariat ofisində həyata keçirilməsidir. Xaliq Fərzəliyev açıq şəkildə bildirir ki, ona 2 hektarlıq sahə ilə bağlı kompensasiya sənədi kimi təqdim olunan sənəd, əslində 10 hektar torpaq sahəsinin tam şəkildə “Azərşəkər” MMC-yə ötürülməsi ilə bağlı müqavilə olub.
Burada haqlı sual yaranır: Notariat kontorunun – xüsusən də xüsusi notarius Cəsarət Qasımovun – bu prosesdə rolu və məsuliyyəti nə dərəcədə şəffaf olub? Hüquqi savadı olmayan, özünü dövlətə və şəhid atasının adını qorumağa həsr etmiş bir şəxsə bu cür mühüm sənəd hansı əsasla izah olunmadan imzalatdırılıb?
Əgər iddialar doğrudursa, bu, artıq hüquqi yox, həm də mənəvi məsələdir. Şəhid adının arxasında gizlənən dəyərlər istismara çevrilir, bu isə cəmiyyətdə inamın sarsılmasına və vətəndaş-dövlət münasibətlərində çatların yaranmasına səbəb ola bilər.
Xüsusi notarius Cəsarət Qasımovun imzaladığı bu prosesdə maddi maraqların olub-olmaması, onun nə dərəcədə peşə prinsiplərinə sadiq qalması ciddi araşdırılmalı məsələdir. Çünki notarius, hüquqi maarifləndirmə və şəffaflıq prinsiplərinə əməl etməli, tərəflərin hüquqi nəticələri anlamasına şərait yaratmalıdır. Əgər bu baş verməyibsə, burada ya səhlənkarlıq, ya da bilərəkdən edilən manipulyasiya ehtimalı var.
Xaliq Fərzəliyev dövlət rəhbərliyinə – Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək, bu ədalətsizliyin aradan qaldırılmasını və məsul şəxslərə hüquqi qiymət verilməsini xahiş edir. Onun sözləri dərin bir faciəni əks etdirir:
“Bu torpaq mənim deyil, bu torpaq şəhid adına ehtiramın simvoludur. Bu ərazi illərlə əlimizlə, zəhmətimizlə qurulub. İndi isə heç bir izah olmadan əlimizdən alınıb. Ədalət istəyirəm.”
Məsələ artıq geniş ictimai maraq doğurub və Heqiqixeber.az redaksiyası olaraq biz də bu hadisənin bütün detalları ilə araşdırılmasına maraqlıyıq. Qarşı tərəfin – Füzuli Rayon İcra Hakimiyyəti, “Azərşəkər” MMC və Beyləqan rayon 1 saylı notariat ofisinin də mövqeyini tanıyırıq.
Bu məsələ artıq sadəcə bir torpaq mübahisəsi deyil, bu – şəhid ruhuna, şəhid ailəsinə, vətəndaş etimadına verilən qiymətin sınağıdır.
Araşdırmalar dacam edir.
Heqiqixeber.az






















































