Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
14-06-2026, 11:31

Sürücülərin nəzərinə!

Daşkəsəndə yol çökdü
14-06-2026, 11:06

Daşkəsəndə yol çökdü

Hidayət Orucov vəfat etdi
14-06-2026, 10:55

Hidayət Orucov vəfat etdi

TƏBİB- də yeni təyinat
12-06-2026, 11:45

TƏBİB- də yeni təyinat

Paşinyan Putini təbrik etdi
12-06-2026, 11:33

Paşinyan Putini təbrik etdi

15 Tem 09:23Manşet / Gündəm / Sosial

Xətaidə “Dahi” adlı konsert keçirildi

 

Xətai rayonunda iyulun 14-də Xətai rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş “Dahi” adlı konsert proqramı təşkil edilib.

“Qafqazinfo” xəbər  verir ki, Heydər Əliyev parkında amfiteatr səhnəsində keçirilən konsertdə Xətai rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkili Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Zaur Quliyev, şəhid ailələri, qazilər iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə parkda təşkil olunmuş, Ulu Öndərin portretləri əks olunan ipək xalça sərgisinə tamaşa ediblər.

Daha sonra tanınmış incəsənət ustaları Ulu Öndərə həsr edilmiş musiqiləri tamaşaçılara təqdim ediblər.

Sonda atəşfəşanlıq olub.