Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Adaşından sonra ilk ola bilər...
Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazirin birinci müavini Yuliya Sviridenkonun hökumətə başçılıq etməsini təklif edib.
“Qafqazinfo”nun məlumatına görə, Zelenski artıq 39 yaşlı Sviridenko ilə görüşüb və onunla Ukraynanı dəstəkləmək üçün avropalı və amerikalı tərəfdaşlarla müqavilələrin icrasını müzakirə edib.
Amma Zelenskinin bu təklifi reallaşması üçün Ali Rada tərəfindən də təsdiqlənməlidir.
Xarici KİV-də yayılan məlumatlara görə, əgər bu baş verərsə, hazırkı Baş nazir Denis Şmıqal müdafiə naziri, onun sələfi Rüstəm Umerov isə Ukraynanın ABŞ-dəki səfiri olacaq.
Maraqlısı isə budur ki, Yuliya Sviridenko bu posta yiyələndiyi halda adaşı, fasilələrlə 2 dəfə Ukraynanın Baş naziri vəzifəsini tutmuş (red.- 24 yanvar 2005 – 8 sentyabr 2005 və 18 dekabr 2007 – 11 mart 2010) Yuliya Timoşenkodan sonra ölkənin növbəti qadın Baş naziri olacaq.
Əlavə edək ki, Yuliya Sviridenko Çerniqovda doğulub. Kiyev Milli Ticarət və İqtisadiyyat Universitetini bitirdikdən sonra 2019-cu ildən İqtisadiyyat Nazirliyində rəhbər vəzifələrdə çalışıb.
2020-ci ilin dekabrından isə prezident aparatının rəhbəri Andrey Yermakın müavini olub. 2021-ci ilin noyabrında o, Ukraynanın iqtisadiyyat naziri və baş nazirinin birinci müavini postuna təyinat alıb.
Qeyd edək ki, 2020-ci ildən Ukrayna hökumətinə Denis Şmıqal başçılıq edir.
Telli Minbir






















































