Menu
Xəbər Lenti
Pınar Kür vəfat etdi
Bugün, 09:59

Pınar Kür vəfat etdi

Sessiya başa çatdı
14-07-2025, 11:22

Sessiya başa çatdı

Sabah 39° isti olacaq
11-07-2025, 12:10

Sabah 39° isti olacaq

16 Tem 10:06Manşet / İqtisadiyyat

Bu marşrut xətti üzrə “Faiqoğlu” xidmət göstərəcək - Kartla ödənişə keçir

bu-marsrut-xetti-uzre-faiqoglu-xidmet-gosterecek

Binəqədi qəsəbəsi Cəfər Cabbarlı küçəsi ilə “Memar Əcəmi” metrostansiyasını birləşdirən 170 saylı müntəzəm marşrut xətti üzrə avtobuslar yenilənir.
“Qafqazinfo” xəbər verir ki, iyulun 20-dən xətt üzrə “Xaliq Faiqoğlu” MMC sərnişinlərə xidmət göstərəcək. İlkin mərhələdə xətt üzrə “İsuzu Citibus” və “Daewoo BS90” markalı (ümumilikdə 15 ədəd) avtobuslar 8 dəqiqəlik intervalla test rejimində fəaliyyət göstərəcəklər.
Həmçinin qeyd edilən tarixdən xətt üzrə avtobuslarda elektron ödəniş sistemi (kartla) tətbiq ediləcək.
Qarşıdakı aylarda xətt üzrə bütün avtobusların yenilənməsi və intervalın daha da azaldılması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu ilin yanvar ayında keçirdiyi müsabiqənin nəticələrinə əsasən 170 saylı müntəzəm marşrut xətti “Xaliq Faiqoğlu” şirkətinin istismarına verilib. Şirkət hazırda Bakı şəhərinin ən böyük özəl daşıyıcısıdır.