Xəbər Lenti
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Trampı ABŞ-ni idarə etmək üçün seçiblər, imperator olmaq üçün yox”

“ABŞ Prezidenti Donald Tramp özünü dünyanın imperatoru hesab etməməlidir, bu həm xarici tərəfdaşlar, həm də Amerika seçiciləri baxımından yolverilməzdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Braziliya Prezidenti Luis İnasiu Lula da Silva “CNN International”a müsahibəsində bildirib.
“Prezident Tramp unutmamalıdır ki, onu Birləşmiş Ştatları idarə etmək üçün seçiblər, dünyanın imperatoru olmaq üçün yox”, - deyə Braziliya lideri vurğulayıb.
Xatırladaq ki, Tramp avqustun 1-dən Braziliya məhsullarına 50 faizlik rüsum tətbiq ediləcəyini bəyan edib. Cavab olaraq Braziliya prezidenti iqtisadi qarşılıqlılıq haqqında qanunu imzalayıb.























































