“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
Sumqayıt şəhər İcra hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi Lalə Hacıyeva: “18 oktyabr – qürur və azadlıq günümüzdür!”
Deputat Məşhur Məmmədov: “Şəhid ailələrinin hər biri bizim üçün müqəddəs əmanətdir”
Azərbaycandakı bu şirkət də Aİ-nin sanksiyasına məruz qaldı
Xəbər verdiyimiz kimi, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketi qüvvəyə minib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Aİ, həmçinin təsdiqlənmiş paket çərçivəsində Azərbaycan, Hindistan, Çin, BƏƏ və Sinqapurdan olan 18 şirkətə qarşı sanksiyalar tətbiq edib.
Belə ki, Çinin “Bellatrix Energy”, “Zhu Jiang Shipmanagement”, “ACE Electronic HK”, “Wuhan Global Sensor Technology” və “Shandong ODES Industry”, Hindistanın “Intershipping Services Hub Private” və “Nayara Energy”, Mavrikiyanın “Redbird Corporate Services” və “Sapang Shipping”, Sinqapurun “2Rivers PTE”, Azərbaycanın “Aqua Fleet Management”, BƏƏ-nin “Intershipping Services”, “Twister Shipmanagement”, “Admiral Group”, “Milavous Group”, “2Rivers DMCC”, “Monolink Group” və “Tarabya Logistics” şirkətləri sanksiyaya məruz qalıb.
Qeyd edək ki, Azərbaycanda sanksiyaya məruz qalan şirkət gəmi sahiblərini və idarəçiləri dünyanın müxtəlif yerindəki terminallar, agentlər, təchizatçılar və xidmət təminatçıları şəbəkəsi ilə birləşdirir.