Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Hakimlər üçün təlim keçirildi

Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə iyun-iyul aylarında ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən məhkəmələrin hakimləri üçün “Hakimlik fəaliyyətində stres faktoru və onun idarə olunması” mövzusunda silsilə təlimlər təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, təlimlər yüksək emosional və psixoloji təzyiq şəraitində çalışan hakimlərin emosional dayanıqlılığının gücləndirilməsi, stresin səbəblərinin daha dərindən anlaşılması və bu hallar qarşısında praktiki idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb.
Bakı, Sumqayıt, Şəki və Şirvan şəhərlərində keçirilmiş təlimlərə 30 regionu təmsil edən, müxtəlif instansiyalarda çalışan, o cümlədən apellyasiya və birinci instansiya məhkəmələrində fəaliyyət göstərən 70-ə yaxın hakim qatılıb.
Təlimlər zamanı iştirakçılar stresin hüquqi sahədə spesifik mənbələri barədə məlumatlanıb, gündəlik praktikadan nümunələr üzərində analiz aparılıb, mindfulness (diqqət toplama) texnikaları və nəfəs məşqləri ilə tanış olub, münaqişə hallarında empatik ünsiyyət və neytral yanaşmanın tətbiqini müzakirə ediblər.
Təlim hakimlərin yumşaq bacarıqlarının inkişaf etdirilməsinə, psixoloji rifahının və peşə fəaliyyətində effektivliyin artırılmasına yönəlib və gələcəkdə davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.






















































