Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
10 Ara 15:38Cəmiyyət
ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin əməkdaşlarına təlimlər keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin əməkdaşlarına 46 təlim və master-klaslar keçirilib.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazirlik sistemində çalışan əməkdaşlar, məktəb direktorları və müavinlərindən ibarət 740 nəfər iştirak etdiyi təlimlər ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçiləri və Türkiyədən dəvət olunmuş ekspertlər tərəfindən reallaşdırılıb.
Müzakirə, praktiki məşğələlər və qrup işləri metodları ilə keçirilən təlimlər zamanı iştirakçılara ekspertlər tərəfindən bilik və bacarıqlarının müasir tələblərə uyğunluğunu təmin etmək məqsədilə “Vətəndaş məmnuniyyətinin idarə olunması” təlimi və “Konfliktlərin idarə olunması”, “Effektiv ünsiyyət bacarıqları”, “Emosiyaların qərarvermədə rolu”, “Stresin idarə olunması” və “Effektiv idarəetmə bacarıqları” mövzularında master-klaslar keçirilib.
İştirakçılara mövzular çərçivəsində müasir vətəndaşın tələbləri, vətəndaşyönümlü xidmət və xidmət prosesinin idarə olunması, məmnunluq anlayışının əhəmiyyəti, insantanıma və anlama bacarıqları, emosiyaları idarə etməyin və ünsiyyət bacarıqlarının vacibliyi və alternativ düşüncə yaradabilmə üsulları kimi bir sıra bacarıqlar aşılanıb.
Sonda bütün iştirakçılara ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən sertifikatlar təqdim edilib.
ASAN İnnovativ İnkişaf Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılıb. Mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, eyni zamanda innovativ və yeni təlim metodlarını tətbiq etməklə müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin