Xəbər Lenti
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20 Ara 19:17Cəmiyyət
ASAN könüllüləri “Könüllərin sədası” konsert proqramını reallaşdırıblar
ASAN könüllülərinin 10 illiyi çərçivəsində “Könüllərin sədası” konsert proqramı təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının və Azərbaycan Milli Konservatoriyasının birgə əməkdaşlığı ilə gerçəkləşib.
Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi iştirak ediblər.
Öncə milli orkestr və xorun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsert proqramı milli musiqimizi təbliğ etmək, gənclərin yaradıcılıq axtarışlarını, nailiyyətlərini dəstəkləmək, peşəkarlarla bir səhnəni bölüşərək bacarıqlarını inkişaf etdirmələrinə şərait yaratmaq məqsədilə həyata keçirilib.
Proqram mədəniyyətin müxtəlif sahələri üzrə peşəkarların və istedadlı ASAN könüllülərinin iştirakı ilə baş tutub.
Tədbir müddətində xalqımızın yaradıcılıq istedadını əks etdirən musiqi nümunələri, muğam və xalq mahnıları, könüllülərin və sənətkarların birlikdə ifaları nümayiş olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin