“Milli mətbuatın inkişafı üçün ölkəmizdə əlverişli şərait yaradılıb” - Kamaləddin Qafarov
Prezident İlham Əliyevin strateji çıxışı çağdaş informasiya dövründə Azərbaycanın yol xəritəsidir
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar
Füzuli RİH başçısı Alı Alıyev və “Azərşəkər” MMC-nin şəhid ailəsinə qarşı ədalətsiz davranışı: Torpaq əlindən alınıb?! – İDDİA/VİDEO
Şəhid Rəşid Bağırovun büstünün açılışı oldu.
20 iyun 2025-ci il tarixində Xətai rayonunda 1-ci Qarabağ müharibəsində Ağdərə uğrunda gedən görüşlərdə qəhrəmancasına vuruşub Şəhid olan Rəşid Bağırovun büstünün açılışı oldu. Tədbirdə Milli Qəhrəman Tahir Həsənovun anası Qalibə xanım, Asif Məhərrəmovun qardaşı hacı Ədalət, Yuru Kovalyovun qızı Reğina xanım, qardaşı Vitaliy, kürəkəni-qazi şəhid anaları-ataları, müharibə veteranları AVMVİB-nin sədri Füzuli Rzaquliyev, sədr müavinləri Elmar Hüseynov, İslam Səfərov, Xətai rayonu İcra Hakimiyyəti başçısının müavini Pənah İmanov, əməkdar incəsənət xadimi Ağalar Bayramov, Qərbi Azərbaycan Tv-nin rəhbəri Telli Pənahqızı, İdarə heyyətinin üzvü Mürvət Həsənov, Nəsimi-Xətai rayonu sosial Müdafiə nazirliyinin nümayındəsi Vaqif Alıyev, İlham Rüstımov, Vidadi Ağagülov, Salman Xudaverdiyev, şəhidin döyüş yoldaşları və bir çox ictimai birliklərin sədrləri, üzvləri iştirak etdilər. Çıxış edənlər şəhid Rəşid Bağırovun Ağdərə döyüşlərində qəhrəmanlığından danışdılar. Şəhidin qardaşı müharibə veteranı Fikrət Bağırov və oğlu Xəyal Bağlrov çıxış etdilər. Onlar dövlətimizdə şəhid ailələrinə xüsusi qayğı olduğunu bildirdilər və qonaqlara təşəkkür etdilər. Qeyd edək ki, şəhid Rəşid Bağırov 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub.
Xezertv.info