Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Ağdərədə itkin düşmüş şəhid İbrahimov Sahil Nurəddin oğlu Əmircan qəsəbəsi Şəhidlər xiyabanında dəfn edildi

Xezertv.info xəbər veirir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 03.06.2025-ci il tarixində Birinci qarabağ döyüşləri zamanı Ağdərədə itkin düşmüş şəhid İbrahimov Sahil Nurəddin oğlu Əmircan qəsəbəsi Şəhidlər xiyabanında dəfn edildi. Dəfndə Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Suraxanı rayonu hüquq mühafizə orqanları və ictimaiyyət nümayəndələri, AVMVİB sədri Füzuli Rzaquliyev, müavinləri Vahid Abdurəhmanov, Elmar Hüseynov, rayon şöbə sədrləri Eldar Rüstəmov, Rəcəb Baxşıyev, Ramiz Musayev, Müharibə veteranları İlham Rüstəmov, Vidadi Ağagülov, qazilər, şəhid ailələri, Qərbi Azərbaycan İcmasının nümayəndələri Şəmsi Qoca, Əbdüləli Həsənov, Ələsgər Məmmədov, BDU-nun professoru Məhəmməd İmanlı, şəhid ailə üzvləri, Suraxanı əhalisi, məktəblilər iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, əsgərlər şəhid Sahil İbrahimovun əziz xatirəsinə 3 dəfə yaylım atəş açdılar. Azərbaycan Respublikasının üçrəngli bayrağı Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən şəhidin qardaşı Cəmil İbrahimova təqdim edildi. Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov möhtəşəm çıxış etdi.
Axundlar və imamlar Şəhidin ruhuna dualar oxundu.
Fərid Faiqoğlu




































































